The CUP 2012
Adfest, Golden Drums, FİAP, ADCE kimi nüfuzlu reklam festivallarının toplandığı yeganə ünvan olan The Cup 2012, 26-27 yanvar tarixlərində İstanbulda keçirildi və Mak.az olaraq iştirak etmək fürsətini əldən verə bilməzdik.
Marksist düşüncəli filosof Slavoj Zizek pozitiv düşünmək haqda və Edvard de Bono yaradıcı potensialın kəşf olunması yolları kimi maraqlı çıxışları dinləmək, kreativ reklam işləri görmək və dünyanın fərqli nöqtələrindən olan reklamçılarla biryerdə olmaq bir xeyli həyəcanverici idi. Ən maraqlısı isə bu tədbirin Türkiyə Respublikası Prezidenti himayəsində və Türkiyə Respublikası Mədəniy


The Cup 2012
Komunikasiya trendi interaktivliyə doğru gedir
Konfransın ilk günündə Qızıl Səhnədə yer alan 11 çıxışçının keyslərində ən azı bir sosial və ya mobil media vasitələrindən istifadə olunmuş komunikasiya nümunəsi var idi. Artıq komunikasiya zamanı “reklam -auditoriya” strukturu yox “reklam - auditoriya - reklam” istifadə olunur. İnsanları yalnız məlumatla yükləmək artıq keçmişdə qaldı və məlumatla yükləyərək insanları əyləndirib marka komunikasiyasının bir hissəsi olmasına dəvət edirlər. DDB Singapurun Kreativ Direktoru Xalid Osman dediyi kimi “İnsanları sizin hekayəni danışmağa dəvət edin”. Hətta pulsuz PR belə etmək mümkün olduğunu Rusiyanın Voskhod agentliyi
pəncərə markası üçün keçirdiyi pulların çölə atılması flashmobu zamanı sübut etdi. Agentliyin araşdırmasına görə insanlar keyfiyyətsiz pəncərədən istifadə edərkən il ərzində istilik sistemlərinə daha çox pul xərcləyirlər. Bunu göstərmək üçün Yekaterinburq şəhərinin mərkəzi küçələrində binaların pəncərələrindən pulları havaya atdılar və göydə uçan pulları görən insanlar heyrət içində baxırdılar. Bu xəbəri təmənnasız bütün TV kanallar xəbərlərində yaydılar, bütün sosial şəbəkələr danışdı və insanlar bir-biriylə paylaşdı. Voskhod agentliyinin Kreativ Direktoru Andrey Gubaidullinin fikrinə görə yer, büdcənin fərqi yoxdur, inanırsınızsa bunu edə bilərsiniz! Hətta kiçik büdcə ilə kreativ işlər etmək mümkündür.

Daha çox marka haqda danışmağa vadar edən kommunikasiya yalnızca “əla! Kreativ reklam!” damğası vurulandan daha yaxşıdır. Azərbaycanda tez-tez eşitdiyimiz “Kreativ reklam yoxdur” ifadəsini artıq arxivə atmaq zamanıdır desəm yanılmaram. Çünki reklamın effektiv olması yalnız onun kreativ, super-buper olması ilə ölçülmür, onun hədəf kütləsinə nə verdiyi ilə ölçülür. Artıq dövr yaradıcı applicationlarındır! Bizim marketingçilərin lüğətinə kreativ application əlavə olunması zamanıdır. Lüğət demişkən, Marketing Türkiyə hazırladığı sosial mediya sözlərinin tərcüməsi üçün lüğəti konfrans iştirakçıları ilə paylaşması da sosial medyanın getdikcə artan əhəmiyyətinin göstəricisidir.
BBDO Bankonqun kreativ direktor köməkçisi Jeyms Makanas isə komunikasiyalarında milli mədəniyyət və adətlərdən ilhamlandığını dedi. Misal üçün Tailandda bədənə tatu etmək ənənəvidir və tatudan çap
reklamda istifadə etməklə həm insanlara emosional olaraq yaxın həm də yaradıcı yolla fikirləri çatdıra biliblər.

Çıxışçıların səsləndiridiyi maraqlı fikirlərdən biri də “emotionful innovations (emosional kəşflər)”. Dentsu Tokyonun Kreativ Direktoru Yasuharu Sasaki təqdimatının sonunda “yalnız texnalogiya deyil, həm də emosiyalar vacibdir” dedi. Yaponiyada yeni açılan bir geyim mağazası üçün kiber-növbə təşkil edərək 3 mln insanı cəlb etməyi bacarmışdır. Sosial medialardan istifadə edib milyonlarla insanı internetlə cəlb etsək də emosialara toxunmağı unutmaq lazım deyil. Bu fikri öz çıxışında DDB Braziliyanın Kreativ Direktoru Moacyr Netto da dəstəklədi. DDB Braziliyanın hazırladığı Ferrorama markalı oyuncaq qatar markasının yeni nəsil üçün yenidən canlandırılmasına aid olan kampaniya marka fanatlarının cəlb olunması və sosial şəbəkədə milyonlarla insanın cəlb olunması ilə seçildi. Köhnə fanatların sevimli oyuncaq qatarlarını müqəddəs St.Jeyms kilsəsinə dayanmadan aparmaqla öz dini görüşlərilə markalarını yenidən canlandıracaqlarına inanırdılar (videonu izlə).
Y&R Argentinanın Kreativ Direktoru Martin Nino isə bir yaradıcı agentliyin sahib olmalı keyfiyyətləri aşağıdakı kimi sadaladı:
1. Briflə məhdudlaşmayın
2. Öz instinktinizə güvənin və cəsur olun. Misal üçün fokus qruplar zamanı insanlar reklamı xoşlamadıqlarını desə də həmin reklama inanırsınızsa onunla davam etmək cəsarət tələb edir.
3. Hədəf kütləsini düzgün tapın.
4. Yaxşı insayt tapın

Və nəhayət Grand Cup...
Bu ilin Grand Cup-i İspaniyaya getdi. Germinal Comunicacion agentliyi tərəfindən hazırlanan “Başqalarının ağrılarına qarşı həblər” kampaniyası Grand Cup-a laiq görüldü.
Kreativ direktor Jorge Martinez olan kampaniyanın əsas məqsədi gün ərzində bir neçə həb içməyə məcbur olan insanları dəstəkləmək idi.
Kreativ direktor Jorge Martinez olan kampaniyanın əsas məqsədi gün ərzində bir neçə həb içməyə məcbur olan insanları dəstəkləmək idi.
Baxılıb: 4978
Şərhlər