Sosial şəbəkələrdə yayımla

SWOT Təhlil necə aparılır?

PRAKTİK MARKETİNQ – 3

İstənilən marketinq addımın əsası düzgün aparılan təhlildən keçir. Hətta bəzən marketinq məfhumunun bazarın öyrənilməsi, araşdırılması prosesi ilə eyniləşdirirlər. Marketinq araşdırmaları biz marketoloqlar üçün müstısna əhəmiyyətlidir hər birimiz təhlil-araşdırılma metodlarını düzgün bilməli və verdiyi qərarları konkret təhlillərin əsasında qəbul etməyi bacarmalıyıq. Belə araşdırmaların ən vaciblərindən biridə SWOT-təhlil adlarılan bir metoddur. SWOT-təhlil əsasında marketoloq konkret olaraq şirkətin (brendin, məhslulun və ya məhsul kateqoriyasının) güclü, zəif tərəflərini, imkan və fürsətlərini çox sadə vizuallıqla rəhbərliyə təqdim edərək yaxın və uzunmüddətli perkpektivdə əsas inkişaf istiqamətlərini göstərə bilər.

Bəs SWOT-təhlil necə aparılır? Bu məqalədə biz Sizinlə bu sualla cavab tapmağa çalışacağıq. Bələliklə:

SWOT-təhlil necə aparılır?!

Əslində marketinqə aid bütün ədəbiyyatlarda SWOT-təhlil barədə məlumat tapmaq olar. Təbii ki, bütün kitablarda (və ya başqa informasiya daşıyıcılarında) SWOT sözünün mənası və izahı barədə məlumat verilir, lakin bu təhlilin praktik aparılma alqoritmi barədə məlumat tapmaq çox çətindir. Mən bu yazıda SWOT-təhlilin praktik həyata keçirilmə qaydaları barədə Sizlərlə öz fikirlərimi bölüşəcəm. Konkret mərhələlər üzrə izahata keçməzdən əvvəl gəlin bu lazımlı təhlilin aparılma üsulunu sxematik formada əks etdirək:

I mərhələ sözsüz araşdırma obyektinin seçilməsindən keçir. SWOT-təhlil obyekti kimi praktikada şirkət, brend və ya konkret biznes həlqəsi kimi çıxış edir. Obyektin formasında asılı olmayaraq mütləq corafi sərhədlərin seçilməsidə müstəsna əhəmiyyət kəsb edir. Bir corafi reqionda təhlil obyektinin hansısa üstünlüyü digər reqion üçün zəiflik ola bilər. Təhlil prosesini daha düzgün başa düşmək üçün şərti olaraq natural şirə istehsalında ixtisaslaşan şərti “ORİGİNAL” brendini götürək. Beləliklə təhlil başlamazdan biz mütləq aşağıdakıları müəyyən etməliyik:
- Tədqiqat obyekti; X şirkətinin istehsalı olan “ORİGİNAL” brendidir
- Sərhəd: “ORİGİNAL” brendinin Azərbaycan ərazisində təhlili aparılır.

II mərhələ təhlil planının hazırlanması. Bu proses özündə təhlil üçün konkret hansı elementlərdən istifadə ediləcəyi əks etdirir. Hansı metodlardan kütləvi sorğular, Delfi metodu, təhlil aparan işçinin sərf subyektiv fikirləri və ya ikinci əl qaynaqlardan istifadə ediləcəyi məhz bu hissədə təyin edilməlidir. Burada SWOT-təhlil üçüm əsas informasiya qaynaqları müəyyənləşdirilməlidir. Virtual nümunə kimi “ORİGİNAL” brendini götürdükdə biz aşağıdakıları təyin edirik:
- İnformasiya mənbəyi kimi, ekspert rəylərində və “ikinci əllərdən” qaynaq kimi istifadə ediləcək;
- Paralel həm ekspertlərlə sorğu, həmdə digər informasiya mənbələrindən məlumat yığılacaq.

III mərhələ. Bu mərhələ bizim təhlilimizdə müstəsna əhəmiyyət kəsb edir. Biz burada informasiya qaynaqları kimi ekspertləri seçməli, bu eksperlərdən konkret nəyi soruşmaq lazım olduğu təyin etməliyik. Əslində bu məqam düzgün aparıldığı təqdirdə SWOT-təhlilin düzgün aparılma ehtimalı xeyli yüksəlir. Bu baxımdan biz bu mərhələnin daha geniş müzakirə etməyə çalışacağıq.
SWOT-təhlil üçün ekspert seçiminin düzgün təşkil edilməsi üçün biz brendi yaxından tanıyan adamlardan istifadə etməliyik. Şəxsi təcrübəmdən çıxış edərək söyləyə bilərəm ki, əsasən ekspert sayında 30% şirkət əməkdaşları, 30% distribyutorlar, 40% müstəqil ama bu sahəni yaxşı bilən ekspertlərdən istifadə etmək daha düzgün effekt verə bilir. Təbii ki, bu nisbət konkret tədqiqat obyektindən asılı olaraq dəyişə bilər. Ekspert sayı və tərkibi təyin edildikdən sonra anketdəki sualların tərtibatına keçə bilərik. Suallar tərtib edilərkən iki hissədən ibarət olmalıdır: birinci hissə şirkətlə əlaqəli suallar, ikinci hissə şirkətin ətrafında olan biznes mühitlə əlaqəli suallar. Sualları bu formada tərtib edərək biz SWOT-təhlil üçün əsas informasiya bazasının fundamentini qurmuş oluruq. Başqa sözlə desək biz şirkətin daxili və xarici mühitlərinə ekspert gözü ilə baxış keçiririk. Burada sualların düzgün tərtibatı üçün biz daxili və xarici mühit məfhumlarına açıqlama verərək yaddaşımızı təzələyək.
Daxili mühiti dedikdə biz şirkət tərəfindən təsir edilən bilən faktorların məcmusu başa düşürük. (Kadr heyyəti, investisiya qaynaqları, informasiya texnoloqiyaları, ARGE, satış sistemi, brendin tanınma səviyyəsi, mövqeylənmə və s.)
Xarici mühit dedikdə – şirkət tərəfindən nəzarət edilməyən amillər nəzərdə tutulur. (Təhcizat qaynaqları, rəqabət mühiti, müştərilər, qanunlar, yeni texnoloqiyalar və s.)
Daxili mühitə aid olan informasiyalar SWOT-təhlildə şirkətin güclü və ya zəif tərəfləri, xarici mühitlə əlaqəli amillər isə şirkət üçün üstünlük və ya təhlükə kimi formalaşdırılır, qəbul edilir.

IV mərhələ. Bu mərhələdə biz artıq hazır anketlərin doldurulması və ikinci əl qaynaqlardan informasiyaların yığılması ilə məşğul olmalıyıq. SWOT-təhlildə respondentlərin sayının minimum səviyyədə olduğundan ən düzgün metod F2F hesab edilir. Bu metodda respondentlərə suallı daha düzgün açıqlamaq və həqiqi motivləri aşkarlamaq olur.
Ikinci əl informasiyalar daha çox KİV-ən yığılır. Paralel olaraq xarici ölkələrin səfirlikləri fəaliyyətdə olduğu yerlərin sahələr üzrə araşdırmalarını edirlər. Bu qaynaqlar bizim üçün təhlildə yaxşı informasiya qaynağı ola bilər.

V mərhələ. Yığılan informasiyaların filtr edilməsi və konkret olaraq SWOT-cədvəlin cızılması təhlildə ən vacib məqamlardan biridir. SWOT-təhlilin ideal vizual formasını Sizlərin nəzərinizə çatdırmaq istərdim (Şək 2). Bu formada güclü tərəflərlə-üstünlüklərin, zəif tərəflərlə-təhlükələrin üfüqi düzülməsi bizə SWOT-təhlildən mərkəzi problemi və əsas imkanı görməyə şərait yaradır.

VI mərhələ. Aparılan təhlillərdən sonra təbii ki, hesabat hazırlayaraq konkret təkliflər vermək çox vacibdir. SWOT-təhlildə təkliflərin hazırlanması üçün mütləq qaydada mərkəzi problemi təyin etmək lazımdır. Mərkəzi problem şirkətin ən zəif tərəfi ilə gələcək ola biləcək təhlükənin cəmi ilə formalaşır və SWOT-təhlil cədvəlindən formalaşır.
Ümumilikdə bu yazıda mən Sizə SWOT-təhlilin ən sadə metodu barədə danışdım. Çox zaman təhlil konfrtantasiya matrisası və çoxsaylı riyazi modellərlə hazırlanır. Hesab edirəm ki, aparılma metodundan asılı olmayaraq SWOT-təhlil düzgün aparıldığı təqdirdə şirkətin biznes strateqiyasının formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.
Bu barədə fikirlərinizə gözləyirəm, Sizcə SWOT-təhlilin başqa hansı aparılma metodoloqiyaları var?

Baxılıb: 18365

Şərhlər(12)

Şərhlər (12)

Manafov ILKIN Manafov ILKIN
Hormetli Fidan xanim verdiyiniz giymet cox deyerlidir. Faydali olduguna gore cox sevindim.

Bu arada Yeni Il munasibeti ile butun mak.az auditoriyasini tebrik edirem!
Hormetle,
Manafov Ilkin
Fidan Fidan
deyerli yazidir, sagol Ilkin
nigar nigar
metodologiya birdir,metodlar çoxdur.Dissertasiyada belə terminlərdən istifadə etməyin)
Yazı çox gözəl alınmış
Manafov ILKIN Manafov ILKIN
Hormetli mak.az oxuculari!
Yazdiglariniz serhlere ve e-maille yazdiglariniz mektublara gore Size oz tesekkurumu bildirirem.
Movzu ile elageli istenilen suali cavablandirmaga haziram. Ayrica bir daha bilmeyenler ucun sexsi
e-mailimi yaziram ki, istenilen movzuya aid olmayan ve ya daha genis izahat teleb eden sullari bura gondere bilesiniz.
manafov-ilkin@mail.ru

Hormetle,
Azerbrand Azerbrand
Noldu, ay İlkin müəlliim? Başa düşürəm e, aya 6-7 kitab oxumaq çox vaxt aparır... Amma özünü susmaqla hələ heç kəs uğurla PR etməyib.

Bunu Praktik kimi də olmasa Nəzəriyyəçi kimi bilməlisiniz.
Azerbrand Azerbrand
Ilkin Manafov, siz deyə bilərsinizmi hansı təcrübəyə sahibsiniz? Yəni neçə il, hansı şirkət(lər)də hansı vəzifələrdə çalışmısınız.

Sonra söhbətimizi davam edək.
Manafov ILKIN Manafov ILKIN
Hormetli MakAdmin!
Ay erzinde texminen 6-7 eded Marketinge aid kitab oxuyuram. Marketing sahesinden dissertasiya yazdigima gore nezeriyyeni diggetle izleyirem ve tebii ki oxuduglarimi is prosesinde tetbig edirem. Yazdiglarim hec bir kitabdan tekrar edirem hec bir kitabdan kocurulmeyib, ama men marketingi hamiya acig menbelerde oyrenirem ve tebii ki praktikada tetbig etdiyim metodlarin bir hissesi Sizin oxudugunuz kitablardada ola biler.

Cox sevindimki Sizde menimle razilasdiniz ki, yazilan metod tecrubede tetbig edile biler.
Bu arada son 20 gunde menim e-mailime mak.az oxucularindan megalelerle bagli 6 e-mail gelib.
Sizin kimi dusunen hele yox edi.)) ama cox sag olun.
Gelecek yazida RD ve marketing munasibetleri hagda yazacam inaniram bu dahada faydali olacagdir.
Mak Mak
Meqalenin muellifi haqda uchuncu shexs kimi behs eliyirsiz. Muellif siz deyilsiz ki?

Kitabda olan bilginin tetbiq edile bilmeyeceyini kim deyir ki? Problem kitabda olan melumati oz adina chixaraq teqdim etmekdir.

Ustelik, bu merheleleri tapmaq dediyiniz kimi chetin deyilmish demeli. En azindan her bir internet istifadechisi uchun melumat elde etmeyin en rahat yeri Wiki-dir.
Manafov ILKIN Manafov ILKIN
MakAdmin evvela megaleni (megaleleri) bele diggetle oxudugunuza gore Size oz tesekkurumu bildirirem.

Evvelki yazilardaki kimi, Praktik Marketing adi altinda yazilan silsile yazilarda muellif is tecrubesinde tetbig etdiyi (bir nece defe) konkret metodlari oxucuya maksimum asand catdirilacag dilde yazmaga calisib. Bu megsedle hem segmentasiya, hem satis kampaniyalarinin hazirlanmasi metodologiyasi hemde sonuncu yazi olan SWOT merhelelere bolunub. Sizin tecrubenizde bu prosesler basga cur heyata kecirilirse ve (ve ya) hansisa bir konkret merhelenin praktik mumkun olmasina subhe edirsizse bu barede daha acig yazsaniz Sizlerden cox sey oyrenmis olaram.

Vikipediyada buna oxsar metodun olmasi hecde teccublu deyil, axi istenilen nezeriyye ozluyunde ele praktikadan yaranir, herden eksinede olur)))
Hormetle,

Mak Mak
Az qala wikipediada bele SWOT uchun benzer bir proses verilib.

Evvelki yazılarda olduğu kimi burada da kitab melumatlarıdır. Praktika görünmür
Manafov ILKIN Manafov ILKIN
Hormetli ZERO!
Serhinize ve yazini bele diggetle oxudugunuza gore tesekkur edirem. Dediyiniz mesele dogurdanda cox duzgundur. Burada bir megam var ki men bunu Sizin yadiniza salmag isterdim
SWOT tehlil cedvelinin gurulmasinda men Merkezi Problemi ve Esas ustunlukleri daha vizual gostermek ucun cedveldeki formada olmasini daha duzgun hesab edirem. Basga sozle desek meselen sirketin zeif terefleri ile tehluke bir sirada gorunduyu zaman onlarin birlikde sinergiyasini gostermek daha aydin olur. Isteseniz bu tip cedveli Size gostere bilerem. Ozunuzde SWOT tehlil cedveli guranda bundan istifade edin, eminem bu cur gostermek Sizinde xosunuza gelecek cunki burada guclu tereflerle fursetleri, zeif tereflerle tehlukeleri toplamag daha asand olur. Mence asand olur)))

Heyenede verdiyiniz serhe gore oz minnetdarligimi bildirirem

Manafov Ilkin
Zero Zero
Bir düzəliş edirəm. SWOT-təhlil cədvəlində şəkilə düzəliş etmək lazımdır. Yuxarı tərəfdə, Güclü tərəflər və Zəif tərəflər olmalıdır. Orta xətdən aşağıda isə imkanlar və təhülkələr olmalıdır. Çünkü svot analizdə, iki yuxarı xana şirkətin indiki vəziyyətini təhlil edir, aşağıdakı 2 xana isə şirkətin gələcəyini analiz etməyə yardım edir. Təşəkkür edirəm!