Sosial Mediadan yeni marketinq vasitəsi kimi istifadə zamanıdır
Bu fikri dörd ölkənin marketoloqları dəstəkləyirlər. Bloqlar, müzakirə forumları, netvorkinq səhifələri (Facebook və s.) və ya video saytları (YouTube və s.) marketoloqların öz istifadəçilərini asanlıqla tapması, onların fikirlərini öyrənməsi və ya markanın tanınmasını artırmaq üçün istifadə edə biləcəkləri vasitələrdir. İnternet istifadəsi artdıqca digər media vasitələrinin istifadəsi azalır və marketoloqlar hədəf kütləsilə daha effektiv komunikasiya yolları axtarırlar.Bəs marketoloqlar insanların bir yerə toplaşdığı bu online məkanlara göz yummalıdır yoxsa o vasitələrdən daha qabarıq istifadə etməlidir? Azərbaycanda internet istifadəsi təqribən 20% təşkil edir və bu da digər ölkələrlə mqaisədə çox böyük rəqəm deyil. Lakin, internet istifadəsinin artma potensialını nəzərə alaraq marketoloqlar artıq sosial mediadan istifadə etməyi duşünməlidirlər.
Maraqlıdır ki, marketoloqların böyük əksəriyyəti sosial mediadan istifadə məsələsini rəhbərliklə müzakirə edilə biləcək dərəcədə vacib hesab edirlər. TNS-in ABŞ, Kanada, Fransa və Böyük Britaniya marketoloqları arasında keçirdiyi sorğu göstərir ki, onların 37%-i sosial medianı istehlakçıların fikirlərini öyrənmək üçün istifadə etməyə əla vasitə hesab edirlər. Onların fikrinə gorə, bloqlar, forumlar, video saytları həm də marka tanınmasını (21%) və istifadəçi loyallığını artırmaq üçün istifadə oluna bilər.
Suzuki şirkətinin marketoloqu David Harris deyir "Öz istifadəçilərinə qulaq asmalısan və sosial media istifadəçinin səsi üçün adi bir xəbər bülletein lövhəsindən daha artıqdır. əgər istifadəçinə qulaq asmırsansa, uda bilmirsən". Sosial media marketoloqlara "birinci qulaq as, sonra danış" prinsipinə əməl etməyə kömək edir və bu yolla da müştərilər heç bir təsir olmadan sərbəst şəkildə öz fikirlərini bildirirlər. Marketoloqlar isə müzakirələri oxuyarkən daha səmimi və təsirsiz fikirlər əldə edirlər. 38% duşunur ki sosial mediadan ənənəvi medianın əvəzləyicisi olaraq yeni reklam kanalı kimi istifadə etmək olar. Bir sözlə, sosial media reklam yerləşdirilməsi üçün istifadə oluna bilər.
Uzun müddətdir marketing mütəxəssislərinin diqqət mərkəzində olan WOM kampaniyalarının keçirilməsi üçün sosial media kanalları istənilən effekti verə bilər. Marketoloqların 62%-i düşünür ki, bloqlar, müzakirə saytları, forumlar, video saytlar, netvorkinq səhifələri hamını sizin marka və ya məhsul haqda danışmağa həvəsləndirə biləcək ideal yerlərdir. Bir çox insanlar yeni məhsullar haqda dost-tanışdan məsləhət aldıqlarına görə belə sosial media agızdan-ağıza gəzəcək bir kampaniya yaratmağa kömək edər. Kanada marketoloqlarının 63%-i sosial media üsullarından reklam kanalı kimi istifadəni artıq təcrübədən keçiriblər, lakin Britaniyalıların əksəriyyəti hələ bu üsul haqda öyrənirlər.
Bəs bu üsullardan daha geniş istifadənin qarşısını nə alır? Niyə sosial media ənənəvi media kanallarına zrəbə endirə bilmir? ən əsas səbəb rəhbərliyin buna diqqət ayırmaması və ya ciddi yanaşmamasıdır. əgər marketoloqlar sosial mediadan daha geniş istifadə etmək istəyirlərsə onda Baş Menecerlərini bunun effektinə inandırmalıdırlar. Daha bir problem isə bu sahədə daha az bilik və təcrübə olmasıdır. Marketoloqlar bu sahədə təcrübənin və təsdiqlənmiş modellərin olmamasına görə sosial mediadan istifadə edə bilmirlər.
Baxmayaraq ki istehsalçı şirkətlərin marketoloqları sosial media istifadəsilə bağlı çox optimistikdirlər, ənənəvi marketinq xidmətləri (reklam, PR və s) göstərən şirkətlər isə bu yeniliyə bir az skeptik yanaşırlar və hələ də sosial media vasitələrindən sadəcə məlumat yerləşdirmək üçün istifadəni düşünürlər. Marketinq mütəxəssislərinin böyük hissəsi, xüsusilə ABŞ-da sosial medianın beş ildən sonra marketinqin ayrılmaz bir hissəsi olacağına inanırlar.
İnsanlar bir-birilə istifadə etdikləri məhsul haqda danışmağı, təcrübələrini bölüşməyi və digərlərinin problemlərinə qulaq asmağı, başqalarından öyrənməyi sevirlər. Forum və bloglarda məhsullar haqda olan müzakirələr, məsləhətlər marketoloqlara başqa mənbələrdən tapa bilmədikləri məlumatları verir və marketinq fəaliyyətini dəyişdirə biləcək gücə sahibdir. İndi hamı birbirilə internet vasitəsilə əlaqə saxlayır və istifadə etdikləri məhsullar haqda bölüşürlər. Bu da marketoloqlara yeni məhsulu, markası və ya hədəf kütləsi ilə bağlı məlumat toplamaq üçün "göydən düşmə" fürsət verir.
Baxılıb: 6343
Şərhlər