Qadasın alım belə CEO-nun! :)
Bir neçə gün öncə adəti üzrə yenə avtomobilin radio alıcısı Media FM-ə köklənmişdi. Birdən qulağımı qəribə bir dialoq aldı. Saniyələr keçdikcə bunın bir reklam olduğu, həm də Unibank-ın reklamı olduğunu anlamaq asan oldu. Unibank yenə “yunik” olmağı bacarmışdı. Reklamın prodakşn cəhətdən ideala yaxın keyfiyyətdə olması, mətnin həyatın bir parçası olan dialoqlardan ibarət olması, səsləndirənlər təbii danışığı, fikrin aydın çatdırılması... təbii ki yaxşı məqamlardır. Amma...

Biz daha öncə də Unibank-ın idarə heyətinin sədri Faiq Hüseynovun kreativə və maraqlı ideyaya nə qədər açıq, hətta dəstəkləyici olduğunu görmüşük. Bu dəfə də, Unibank dinləyicisi və müştərisinin qəlbini fəth etməyi bacardı.
Mən bu seriyanın tariximizdəki ən yaxşı radio reklamların arasında özünə indidən yer tapdığını heç demirəm belə...
P.S. Məndən olsa seriya bitməməlidi və “qayğıkeş həyat yoldaşı” Faiq müəllimə sözünü deməkdə israr etməlidir. Təbii ki, qərarı Unibank-ın marketinq departamenti verir, bəlkə də verib.
Radio Reklamı dinləmək üçün link: http://soundcloud.com/mak-2-2/unibankavtokredit
Baxılıb: 7899
Şərhlər