Sosial şəbəkələrdə yayımla

Peşəni seçmək niyə çətindir?

Araşdırmalarımız göstərir ki, sahibkarların faəliyyətləri müddətində qarşılaşdıqları 3 ən vacib problemlərdən biri mütəxəssis çatışmazlığıdır.
Əziz oxucular, dəyərli iş adamları, mən də ilk öncə nədən yazmağa başlayaq deyə fikirləşdim? Mən sırf öz peşəmdən-Marketinq Araşdırmalarından həm də sadə dillə yazmağa qərar verdim.
Marketinq Araşdırması mütəxəssisi olmaq çətindir. Nə üçün? Birinci çətin tərəfi ətrafımızdakılarla bağlıdır və bir çox kimsə nə iş gördüyümüzü anlamaz və məsləyimzi anlatmaq üçün kəlimə söyləmək yerinə paraqraf qurmaq məcburiyyətində qalırıq. Bu yazını oxuyan Marketinq Araşdırmacıları, yəqin ki, sizlərdən bir çox dəfə ətrafınızdakılar soruşmuşdur hansı işdə çalışdığınızı. Heç indiyə kimi bir kimsəyə rast gəldinizmi ki, (bu sahədə işləyənlər xaric) Maketinq Araşdırmaları şirkətində işləyirəm, Marketinq Araşdırması mütəxəssisiyəm deyəndə həmin anda sizə qayıdıb sual verməsinlər ki, bu nə işdir, tam olaraq nə iş görürsünüz, bəs pulu hardan qazanırsınız. Bəzi hallarda da guya başa düşdüklərini vurğulayırlar ki, yəqin, reklam tipli bir işdir, statistikadır. Bax, dostum, bu bizim işin çətin tərəflərindən biri, birincisi...
İkinci çətin tərəfi isə müştərilərlə bağlıdır və daha çətindir. Nədir bu? Əksəriyyət kimsəni məmnun edə biləməzsiniz. Nə üçün? Çünki araşdırmanın nəticələrinin həqiqəti göstərməsindən çox öz istədiklərini göstərməsini gözlərlər. Buna baxmayaraq ümumilikdə belə olmur, araşdırmanın nəticələri ilə gözləntilər fərqli olur. Burda belə bir sual ortaya çıxır ki, əgər sənin görmək istədiklərinlə araşdırmanın nəticələri üst-üstə düşəcəksə, nə üçün araştırma sifariş verirsən ki,.. Bax, gəl bunu müştəriyə anlat.
Üçüncü çətin tərəfi respondentlərlə bağlıdır və ən çətinidir. Bu nədir? Artıq yuxarıdakı çətinliklərdən bunu anlamaq o qədər də çətin məsələ deyildir. Əgər yaxın ətrafındakılara məsləyini anlatmaq belə çətindirsə, kəlimələr yerinə paraqraf qurmaq məcburiyyətində qalırsansa, əhali qrupundan olan respondentlərə keçidriyin sorğunun əhəmiyyətini, mövzusunu, məxfiliyini (doğru cavablar almaqdan ötəri) və s. anlatmağın nə qədər çətin olduğunu bir anlığına təsəvvür edin Lütfən. Bir respondenti sorğuya cəlb etmək üçün neçə qapı döyüldüyünü, neçə respondentlə danışıldığını və nə qədər danışıldığını təsəvvür edin Lütfən. Bir də araşdırmada seçim kvotası varsa (cins, yaş, gəlir səviyyəsi, təhsil səviyyəsi, istifadə etdiyi məhsul və s.) çətinliyi təsəvvür edin Lütfən. Heç Biznes adamları ilə keçirilən sorğunun çətinliyini təsəvvür edirsinizmi? Vaxtım yoxdur, e-mail göndərin baxandan sonra cavab verək, bizim bu məsələyə aidiyyatımız yoxdur, müdir burda yoxdur onsuz cavab verə bilmərik, biz bu məlumatları açıqlaya bilmərik və s., və s...
Dördüncü çətin tərəfi də  var. Və ən arzuolunmazıdır. Bu nədir? Maraqlıdırsa, bunu da başqa bir vaxt yazım.
Qısaca: Bəs bizim məsləyimiz nədir? Əziz Dostlar, uşaq doğulandan sonra ətrafındakı hər şeyi öyrənmək istəməzmi? Budur bizim məsləyimiz. İstehsalçılarla istehlakçılar arasında körpüdür, bizim məsləyimiz. Biz birbaşa istehlakçılara dolayısı ilə isə istehlakçılara xidmət göstərirk. Biz bir məhsulun və ya bir xidmətin bazarını öyrənmək üçün istehsalçılara istiqamət veririk, bazardakı fəaliyyətlərini izləmək və öz perfomanslarını görə bilmək üçün istehsalçılara məlumatlar toplayırıq, bu məlumatları analiz edirik, topladığımız bu məlumtlarla istehsalçılara gələcək fəaliyyətləri üçün strateji qərarların qəbul edilməsində yardımçı oluruq.
Bu sahəni seçmək istəyən  Əziz Dostlarım, qərar vermədən əvvəl marketinq araşdırmasının nə olduğunu yaxşı-yaxşı analiz etmək, bütün çətinlikləri əvvəlcədən planlamaq lazımdır. Bu baxımdan da çox diqqətli olmaq və bu məsləyi seçməzdən əvvəl yaxşı-yaxşı düşünüb düzgün qərar vermək lazımdır.
Hər kəs işləmək istədiyi işdən çox, işləmək istədiyi vəzifədən çox, almaq istədiyi maaşdan çox.... SEVDİYİ işdə olmalıdır. 

Business Insight
Baş Direktor
Rəkam Bağırov

Baxılıb: 5485

Şərhlər