Sosial şəbəkələrdə yayımla

Oxumaq?!

Maraqlı və olduqca da çətin sualdır. Çünku insanın müəyyən dövrdən sonra oxumaq istəyi itir və o,  hər şeyi dinləməklə, müşahidə və mütaliyə etməklə öyrənir. Ancaq nə etsə də mütaliyə etmək üçün müəyyən qaynaqlardan istifadə etməlidir. Bu qaynaqlar tamamilə fərqli ola bilər, əsas məqsəd mövcud olan müxtəlif qaynaqlar arasında ən doğru seçimi etmək və tezliklə nəticəyə çatmaqdır.

Bu yaxınlarda Booz&Co. tərəfindən çap edilən ENEWS-da "Best Business Books 2008" http://www.strategy-business.com/enewsarticle/enews012909 adlı yazıda da qeyd edildiyi kimi, ötən 2008-ci ildə 7600 ədəd kitab dərc edilmişdir. ən yaxşı biznes kitablarını seçən şirkət bu kitablar arasında da dərəcələndirmə edərək marketinq sahəsində aşağıdakı kitabları tövsiyə edir:

  1. Charlene Li and Josh Bernoff, Groundwell: Winning in a World Transformed by Social Technologies (Harvard Business Press, 2008)

…Qısa olaraq, əsər daha əvvəllər istifadə edilən ənənəvi marketinq üsullarının müasir cəmiyyətdə effektini itirdiyini və burada artıq marketoloqların daha fəqli üsullara əl atmalarının tələb olunduğunu qeyd edir. Daha çox sosial medianın gücündən bəhs edən kitabın nümunələri arasında 2005 – ci ildə Dell şirkətinin müştəri xidmətindən narazı qalan Jeff Jarvis-in öz bloqunda "Dell yalan danışır" yazısını yerləşdirməsi ilə "Dell Hell" – "Dell Cəhənəmdir" kampaniyasının başlanmasından xəbər verir. Kitaba əsasən marketoloqlar müştərilərlə bir başa ünsiyyət yaratmaq imkanı əldə edir və bundan düzgün istifadə edə bilən şirkətlərin doğru yolda olacağını vurgulayır...


  2. Christopher Vollmer and Geoffrey Precourt, Always on: Advertising, Marketing and Media in an Era of Consumer Control (McGraw-Hill, 2008)

…Kitab, sadəcə sosial (rəqəmsal) medianın əhəmiyyəti üzərində dayanmır, həmçinin müəlliflər marketoloqlara, media nümayəndələrinə, agentliklərə “consumer-in-control era‿ - müştərinin hakimiyyətinin olduğu dövrü anlamaqda köməklik etməyə çalışırlar. Bununla bərabər onlar marketoloqların bu vasitələrdən necə səmərəli istifadə edə biləcəyi üsullarını da izah edirlər. ƿsərdə Verizon Communications şirkətinin Vitse prezidentinin marketoloqlar daha əvvəlki kimi istehlakçılarını idarə edə bilməyəcəklərini və sadəcə müasir dövrün təqdim etdiyi geniş məlumat mənbələrindən istifadə edərək müştərilərinə yaxın - partnyor ola biləcəklərini qeyd edir…

  3. Lucas Conley, Obsessive Branding Disorder: The Illusion of Business and The Business of Illusion (PublicAffiars, 2008)

…Ecnews-un qeyd edir ki, əgər marketoloqlar əvvəlki əsərləri oxuduqdan sonra güclü brendlərin əhəmiyyətinin dəyişmədiyi qənaətində qalsalar, onda bu əsəri diqqətlə oxumalıdırlar.  Bir sözlə, müəllif müasir dünyada istehlakçıların brendlərə daha yaxın olduqlarını və sadəcə olaraq daha çox markanın tanınmasına əmək sərf edilməsinin boş olduğunu qeyd edir. əsərin təklifi ilk əvvəl ixtira edin, sonra isə onu markalaşdırın – "innovate first and brand later". Kitab marketoloqları marketinq xərclərini şişirdərək cəlbedici marka imedjini yaratmağın əbəs olduğunu vurğulayır. Çünkü müvafiq məhsul və ixtirasız milyonlarla dollara yaradılan brendlərin cəlbedici füsünkarlığı müştərinin brendi ilk dəfə aldığından və ya onun brend ilə ilk tanışlığından sonra itir...

Bəlkə oxuyaq?
           

 

Baxılıb: 7339

Şərhlər