Sosial şəbəkələrdə yayımla

Müştərinizə heç olmazsa açıqça göndərin

Nədənsə sovetlər dönəmində çox populyar olan açıqçalardan əksər şirkətlər istifadə etmirlər.

Bir iki şirkətləri çıxmaq şərti ilə (əsasən telekomunikasiya,təhsil, turizm və bank sektronda,) yerli şirkətlər öz müştərilərini açıqça ilə təbrik etməyi özləri üçün böyük problem görürlər.

Yadda saxlamaq lazımdır ki, lazımi vaxtlarda müştərilərə göndərəcəyiniz açıqçalar şirkətinizə olan etibarı artıracaqdır.

İl ərzində müştərilərinizə ad günü, yeni il, novruz bayramı, ramazan bayramı, gurban bayramı, 8 mart, Respublika günü, şirkətin yaradılması tarixi, əməkdaşlığa başladığınız tarix münasibətilə açıqça göndərə bilərsiniz.

Çalışın açıqçalarınız unikal olsun. Brendin elementlərini özündə əks etdirsin. Lakin əgər sizin büdcəniz dizayn üçün əlavə xərc maddəsi nəzərdə tutmayıbsa, bunu özünüzə problem etməyin. Standart, lakin zövglü tərtibatlı açıqçalardan istifadə edin.

Avstralianın Australian Christmas Cards şirkəti müştəriyə açıqça göndərməyin aşağıdakı bir neçə səbəbini müəyyən etmişdir:

1: Kütlədən fərqlənin. Müştərinizi sevindirin – rəqabətdə öndə olun. Çox az sayda şirkət mütəmadi olaraq öz müştərilərinə açıqça göndərir. əgər Siz mütəmadi olaraq onları təbrik etsəniz, müştərilər hökmən onu dəyərləndirəcəklər. Bu isə dəməkdir ki, loyallıq və təkrar satışların sayı artacaqdır.

2: Qiymət. Siz marketinqin ən effektiv üsullarından biri olan açıqçalara maksimum 1 manat pul xərcləyəcəksiniz. Açıqça lazımi vaxtda və lazımi yerdə müştəriyə təsir edəcəkdir. Misal üçün Novruz bayramına az galıb. Bu fürsətdən istifadə etmək lazımdır.

3: Açıqçanı yazmaq o qədər də çətin deyil. Hər sözün üzərində saatlarla durmağa ehtiyac yoxdur. Bir neçə səmimi söz kifayət edəcəkdir.

4: Müştəriləriniz anlayacaq ki, şirkətiniz maşınlardan deyil, insanlardan ibarətdir. Yadda saxlayın Siz əsasən məhsul və ya xidmət deyil, emosiya satırsınız. Müştərinizə bunu göstərin.

5: Rəqiblərinizin xəbəri olmayacadır. Siz KİV vasitəsi ilə reklam verəndə hər kəs bunu görür. Şəxsi açıqça isə yalnız Sizin müştəriniz üçün nəzərdə tutulubdur.

Baxılıb: 7373

Şərhlər(4)

Şərhlər (4)

Sanballini Sanballini
Etmeseler de olar :)
TITANUS_GIGANTEUS TITANUS_GIGANTEUS
Bu qədər maksimalist olma. O halda sənin deməyinlə D VƏ G, Aramani, nə bilim Wells Fargo kimi şirkətlər heç nə etməsinlər.
Sanballini Sanballini
Keyfiyyətli xidmət olduqca açıqcasız da ötüşmək olar.
Fidan Fidan
Ssizinle tam raziyam, shirket terefinden gosterilen kicicik bir diqqet, xususen ozel gunlerinde istenilen shexse tesir etme gucundedir.