Sosial şəbəkələrdə yayımla

Bizdə Sakitçilikdir

Bu yaxınlarda mak.az-ın səhifəsini nəzərdən keçirdiyimdə çox maraqlı bir nəticə ilə qarşılaşdım. Bu nəticə ilin əvvəlində keçirilən və məqalənin solunda göstərilən sorğunun nəticələri idi.

Maraqlı olanı odur ki, gözlənilən böhran zamanı da insanlar (az da olsa sorğuda iştirak edənlər) adətləri kimi çıxış yolunu əvvəlki kimi daşınmaz əmlaka investisiya etməkdə görür. Bunun izahı kimi əsas iki amili göstərmək olar: 1) böhran gözlənsə də bizlərə o çatmayana qədər əvvəlki kimi hərəkət edəcəyik – heç olmasa elə hərəkət etməyi planlaşdırırıq; və ya 2) böhran bizə çatsa da yaxşı günlərin tez gələcəyi ümidi ilə nəğd vəsaitimizi daşınmaz əmlaka qoymağa davam edirik.

Bu iki variantdan, sonuncusunun həqiqətə uyğun olmadığını əmlak bazarına diqqət yetirdikdə görürük. Belə ki, əgər investisiya kimi daşınmaz əmlakın alınması aktual olsa idi, əmlak bazarında müşahidə edilən passivliklə bu gün qarşılaşmazdıq. Onda qalır ümid birinci varianta, yəni ki, pulum olsaydı onda böhran zamanı onu daşınmaz əmlaka qoyardım ki, pulumu qoruyum və böhrandan sonra onsuz da əmlakın qiyməti artacaq.

Ancaq xarici - bir çox böhrandan keçən ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, böhran zamanı insanlar ən yaxşı investisiya olaraq təhsili görür. Onlar inanır ki, təhsilə qoyulan investisiyalar böhrandan sonra ixtisaslı kadrlara olan tələb artarkən, investisiya kimi qoyduqları pulları qısa müddətdə geri qaytarmağa nail olacaqlar.

Nə etsək də, unutmamalıyıq ki, hər bir qərarın özünəməxsus riski var və bu riskin düzgün şəkildə idarə edilməsi vacibdir.

Baxılıb: 8146

Şərhlər