Sosial şəbəkələrdə yayımla

Barcamp Caspian`ın dəstəkçiləri artır

Mart ayında Azərbaycanda ilk dəfə keçiriləcək Barcamp`ı dəstəkləyənlər artır.

Xəbər verdiyimiz kimi, 27-29 Mart tarixlərində Bakıda, Qafqaz Universitetində "Barcam Caspian 2009" adlı İnformasiya texnalogiyalarına aid qeyri-konfransı keçiriləcək. Tədbirdə yerli İT mütəxəsisləri ilə birgə bir çox xarici qonağın iştirakı da gözlənilir. Artıq tədbirin keçirilmə vaxtı yaxınlaşdıqca ona maraq daha da artır. İndi tədbirin sponsorlarından biri dünyanın tanınmış markası olan "HP"nin Azərbaycan nümayəndəliyidir. Bundan başqa dünyada tanınmış internet səyyahı olan, Azərbaycanda da kifayət qədər istifadə edilən "Opera"nın məxsus olduğu "Opera Software" şirkətidir. Eyni zamanda tədbiri dünyanın və Azərbaycanın aparıcı saytlarıda dəstəkləyir və tədbirin keçirilməsinə köməklik edirlər.
Barcamp konfransı proqramçılar, koderlər, kontent menecerləri və İnternet layihələrində çalışan digər mütəxəssislər, sayt sahibləri və saytları idarə edən admistratorlar, bloggerlər, netvorkçular, müasir media jurnalistləri, internet layihələri hazırlayanlar, eləcə də uğurlu və ya uğursuz İnternet layihəsi tarixinə malik olanlar, layihələrinin reallaşdırılması üçün resurslara ehtiyacı olanlar, eləcə də kadr və tərəfdaş axtarışına çıxanlar, bu sahələrdəki təcrübələrini bölüşməklə yanaşı həm də təcrübə öyrənmək istəyənlər, konfransın əhatəsində olan mövzular üzrə təhsil alanlar, tədris edənlər, eləcə də onlarla dərindən maraqlananlar və bu sahələrə aid hamı üçün açıqdır.

xazar.info

Baxılıb: 2098

Şərhlər