Sosial şəbəkələrdə yayımla

"Barcamp Caspian"ı dəstəkləyənlər artmaqdadır

Mart ayının 27-29 tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan "Barcamp Caspian" konfransına cəmiyyətdə maraq daha da çoxalmaqdadır. Artıq bu tədbirlə sadəcə texnologiya həvəskarları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlər deyil qeyri İKT sahəsində çalışan şirkətlər də maraqlanmağa başlayıb. Son günlərdə bu layihəni dəstəkləyənlər siyahısına texnologiya şirkətləri olan Bakinity, Beko və Aztelekom şirkətləri ilə yanaşı Azza şirkəti də qoşulub. Tədbirin "Coffee Break Sponsor"u olacaq "Azza Şirniyyat" 3 gün ərzində tədbir iştirakçılarını öz keyfiyyətli məhsulları ilə təmin etməyi öhdəsinə götürüb.

Xatırladaq ki, "Azza Şirniyyat" Azza şirkətinə məxsus şirniyyat mağazaları şəbəkəsidir. Şirkətin növbəti 6-cı mağazası bugünlərdə Səməd Vurğun və Xaqani küçələrinin kəsişməsində fəaliyyətə başlayıb.

Baxılıb: 5154

Şərhlər