Sosial şəbəkələrdə yayımla

Bahooo-Stereotiplər qırılır- 1

Qəribə insanlar diyarında yaşayırıq.
Pis xəbəri iki əllə gözləyirik. Müsbət və maraqlı xəbərlə kimi isə təəcübləndirmək həddən artıq çətindir. Xüsusilə xalqımızın əsrlərdən bəri formalaşmış stereotiplərini nəzərə almaq lazımdır.

Milyonlarla streotiplərimizin arasında bankla bağlı stereotipi yadınıza salmaq istəyirəm. Banka ciddi kaftan biçildiyindən bank reklamının ciddi formatda olacağını fikirləşirik. 

Fikrimcə bunun səbəbi Azərbaycan bank sistemin çox gənc olması ilə yanaşı xalqımızın sosio-psixoloji baxımdan digərlərindən fərqli olmasıdır.

Uzağa getmək lazım deyil. Gəlin elə gürcüləri götürək. Maraqlıdır, bütün bu zənginliyə baxmayaraq (təbii ki hər şey müqayisəlidir) marketinq sahəsində nə üçün biz gürcülərdən çox çox geriya qalırıq? İnanmırsınız Tiflisə gedin. Fərqi dərhal hiss edəcəksiniz. Deyirəm gürcülərin maddi vəziyəti daha da yaxşı olsa idi nə olardı? 

Qayıdaq əsas məsələyə.

May ayının ilk günləri idi. Riteyl xidmətdən sifariş gəldi ki bəs yeni depozit məhsulu hazırlamışıq və ən geci 1 iyunda bazara çıxarmaq lazımdır. Təbii ki, ilk fikir belə idi ki, davam edən depozit aksiyamız oldugundan nə isə fərqli bir iş görmək lazımdır. Oturduq fikirləşməyə. İlk olaraq 2 mərhələləri bir aksiya edəcəyimizi qərara aldıq. Vaxt qısa olduğundan layihəni outsors etməli idik. İki seçim var idi: Ceyhun İmanov Studiyası və ya Creativ Shamans Bureau.

Orxan daha istəkli göründüyündən Shamanslara üstünlük verdik. Bir həftə ərzində fərqli versiyaları işləməyə başladıq və sonucda Bahooo-nun üzərində durduq. Bir kiçik haşiyəyə çıxım. Müşahidələrimə əsasən “akazivayetsa” bizim insanlar krizis sözündən dəhşət qorxur.

Bahooo seçildikdən sonra kreativ konsept hazırlanmağa başlandı. Amma dediyim kimi sırf depozit məhsulu üçün. Daxili razılaşmaya əsasən ayın 20-sindən gec olmayaraq tizer mərhələsi başlamalı idi. 

May ayının 15-i olardı. Birdən fikrimi dəyişərək bahooo-nu kommunikasiya konsepti kimi istifadə etməyimizin daha maraqlı olacağını düşündüm. Müvafiq olaraq bütün layihəni dəyişdik. Belə ki, əlimizdən bir necə yeni məhsul var idi (pul köçürmələri, pulsuz karlar və internet bank sistemi). Həm depozit klişesindən qurtulduk, həm də ilk dəfə olaraq kommunikasiya konseptini reallaşdırmağa qərara aldıq. Sırf təsadüf nəticəsində.  Ayın 18-də məşhur tizerləri buraxdıq şəhərə. İyun ayının 1 nə kimi 10 minə yaxın email aldıq. Maraqlı faktı diqqətinizə çatdırmaq istəyirəm. Sorğu iştirakçılarından bir nəfər 1000-dən artıq email göndərmiş idi. Sonunda məcbur olub həmin şəxsə yazdıq ki, bəs sizin cavabınız nəzərə alınıb, onunçün özünüzü yormayın. Yalnız 1 şans nəzərə alındı. İnana bilirsiniz mi, həmin şəxs ipod udmuş şəxslərdən biri oldu. Demək ki, insan bir şeyi çox istədikdə, əldə edə bilir. Kimsə bunu təsadüf kimi izah edə bilər. Amma çox maraqlı təsadüf.

Layihənin büdcəsini demək olar ki, bilərəkdən 50% azaltdım. Bu dəfə sırf querilla, womm kimi ucuz amma effekti heç də az olmayan marketinq alətlərinə və kanallarına üstünlük verdik.

Tv reklamdan bilərək imtina etdik.Əsas diqqət bahooo tapmacasına yönəltdik. Dediyim kimi, tizer mərhələsində 10 minə yaxın cavab aldıq. Yadınıza salmaq isəyirəm ki, www.bahooo.сom saytında hər kəsə reklam kampaniyasının hansı şirkət tərəfindən keçirildiyini doğru cavablandırmaqla mükafat qazanmaq təklif olunurdu. Belə ki, yanlış cavab vermiş şəxslərin təqribən 75% -i cavab olaraq Azercell, Bakcell və Nar Mobile şirkətlərini göstərmişdilər. Çox maraqlı statistikadı. Sual: bu mesajı sizcə necə oxumaq lazımdır?  Forumda cavablarınızı gözləyirəm.

To be continued :)

 

Baxılıb: 6384

Şərhlər