Sosial şəbəkələrdə yayımla

Böhranın çiçəkləri...

Dünyada böhran var və bu da yenilik deyildir.
Bu böhran bizə tam gəlib çatmamış ola bilər, ancaq hər bir böhranda olduğu kimi azalma müəyyən mərhələyə kimi getməli və ondan sonra tarazlığın bərpa edilməsi üçün azalan tərəfin yerini başqa tərəflərin artımı almalıdır. Hamımızın gözlədiyi kimi, böhran vaxtı əczaçılıq sektorunun fəallaşması, xaricdə xüsusi yerə sahib olan dəfn şirkətlərinin artması ümumi olan pulsuzluqdan ortaya çıxan fəsadların aradan qaldırılması üçün bu sahədə işləyən sektorlarların aktivləşməsi ortaya çıxmalıydı.

Ancaq bizim dünya iqtisadiyyatı süprizlərlə doludur... Belə ki, The Economist jurnalının buraxılışlarının birində böhran zamanı dodaq boyasının (başqa sözlə "pomada") satışının artdığına dair xəbərlər verilir. Bu xəbərdə, 2001-ci ildə resessiya (böhran) zamanı Amerikada dodaq boyasının satışlarının %11 artıdığı bildirilir. Belə ki, hətda Estée Lauder şirkətinin rəhbəri bu faktoru əsas alaraq artıq "dodaq boyası indeksi"nin hesablanmasını və buna müvafiq olaraq iqtisadi trendlərin izlənilməsini təklif edir.

Digər tərəfdən, bazar tədqiqatı aparan şirkətlərin nümayəndələri bu effektin şişirildiyini və ümumi olaraq "gözəllik indeksinin" hesablanmasını və sektorun böyüməsinin ölçülməsini təklif edir. Belə ki, onun sözlərinə əsasən işlərini itirən xanımlar müəyyən müddət sonra aldıqları paltar və ayaqqabılarını dəyişməkdən imtina edə bilərlər, ancaq gözəl görünüş onlar üçün vacib olaraq qalır. Bundan başqa, işsiz qalan xanım iş axtararkən əsas fikir verdiyi zahiri faktorlarından biri görünüşləridir.

Xülasə olaraq, görünən odur ki, mövcud olan indekslər (ən popular olan "Big Mac Index" – McDonalds-in burgerlərinin satış qiymətlərinin qarşılaşdırılması) sırasına iqtisadi trendləri izləmək üçün yeni indeksi – "gözəllik indeksini"də əlavə edəcək olacayıq. Görək bu böhranın daha nə kimi çiçəkləri açacaq...

Baxılıb: 5485

Şərhlər