Sosial şəbəkələrdə yayımla

Anti krizis tədbirləri vs işçilərin loyallığı

Demək olar ki, bütün şirkətlərə təsir etmiş və gündən günə daha da dərinləşən iqtisadi böhran geniş miqyaslı anti krizin tədbirlərin həyata keçirilməsini şərtləndirmişdir.  Akkord-akı ixtisarlar, və ya banklarda yavaş yavaş başlanan "kəsib doğrama" tədbirləri haqqında KIV-dəki məlumatlar səngimək bilmir. 
 
İqtisadi nəzəriyyəyə əsasən, əgər kimsə nəyi isə istəyirsə (bizim nümünəmizdə yaşamağı) deməli  daha çöx ödəyəcəkdir! Bəs “yaşamaq"? naminə sizcə şirkət rəhbərləri nələri lazımından artıq xərcləyəcək? Təbii ki, hər şeyi. Amma həmin "başbilənlər" (oxu CEO və ya səhmdarlar) bilmirlər ki, onlar işçilərinin loyallığını boş boşuna xərcləmiş olacaqlar. Bəli, öz fərdi ehtiyaclarını şirkətin rifahı üçün qurban verməyə hazır olan personal loyallığından danışıram.
Bir iki şirkət istisna olmaqla, məmləkətimizin şirkətlərin daxili PR strukturu və ya anlayışı olmadığından  ixtisar qərarları işçi heyətinə düzgün komunikasiya edilmir. Nəticədə, panika ətrafı bürüyür. Sabaha inam azalır və istər istəməz işçiləriniz demotivasiya olur. Demotivə olmuş işçidən isə keyfiyyətli iş və ya xidmət gözləmək absurd olardı. Deməli əslində kriz dövründə işçilərin loyallığı məsələsi daha da aktuallaşır.

Baxılıb: 6295

Şərhlər