Sosial şəbəkələrdə yayımla

5 impulsiv müştərini 1 loyal müştəriyə dəyişirəm

Nə yaxşı ki, krizis gəldi. Yoxsa müştəri piramidasına əsaslanan biznes fəlsəfəsi və onun insanlara "sırımağa" çalışdırdığı mənasız "qiymət müharibələri" lap "ağını çıxarmışdı".

Təsadüfi müştərilərə əsaslanan artım göstəriciləri nə gədər qeyri-effektiv olarmış.

18 faizlik avtomobil kreditləri, 21 faizlik depozitlər fayda etmədi. Müştərini saqqızla aldatmaq dövrü ümid edirəm ki geridə qaldı.

Hədəf seqmenti müəyyən etmək, onların tələbatlarını ödəmək nə üçün bu qədər çətindir?

2007-ci ildə ingiltərənin Coleman Parkes Research Limited şirkətinin həyata keçirdiyi bank müştərilərinin loyallığı araşdırmasına əsasən hətta dünyanın ən inkişaf etmiş bank sistemində ildə 7 milyon insan müəyyən səbbələrdən bankları dəyişir. Araşdıma müəyyən etdi ki, bank dəyişmiş müştərilərin 50%-i hesab edir ki, bankların işçiləri onlara kömək edə bilmədi. Eyni zamanda həmin müştərilər banklarda rəsmi deyil, daha səmimi, daha "insani" münasibət gözləyirlər.

Deyirəm, əgər ingilislər bu qədər narazıdırlarsa, bizim yazıq müştərilərin narazılığını ölçə biləcək şkalanı görmək istərdim.

Təbii ki, bəziləriniz deyə bilər ki, bəs "bura vətəndir", insanlar bank məhsullarından çox istifadə etmədiyindən, ekstensiv inkişaf üçün geniş rezerv var.

Keyfyyət zəhmət istəyir. Xüsusilə  pulun olmadığı vaxtlarda. Iyun ayına kimi bank sistemi xaricə 1 milyard dollara yaxın pul ödəməlidir. Misal üçün mənim üçün maraqlıdır yarım il ərzində bank sisteminin depozitləri neçə faiz artacaqdır.

Hörmətli biznes sahibləri bir az gözünüzü açın, xaricə gedə bilmirsiniz, heç olmazsa bir az kitab oxuyun, interneti araşdırın, qabaqcıl təcrübələrə yiyələnin, egolarınızı bir kanara göyun, kreativ olun və ya kreativ insanları ətrafınıza toplayın.

Deyirəm, siz o cür düşünün, müştərilər də internetdən daha çox istifadə etsin.

Baxılıb: 5740

Şərhlər